Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ötən ay Gürcüstana 104 min Azərbaycan vətəndaşı səfər edib

 

 

"Bu ilin fevral ayı ərzində 104 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 400 nəfər azdır. Ancaq bununla belə, Azərbaycan Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında liderdir".

Yenixeber.org: Bu fikirləri Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri İrakli Çoqovadze deyib.

Onun sözlərinə görə, fevral ayında, ümumilikdə, Gürcüstana 440 mindən çox xarici ölkə vətəndaşı gəlib: "Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 72 800 nəfər çoxdur. Fevral ayında Gürcüstana səfər edən xaricilər sırasında Ermənistan vətəndaşları ikinci (102,7 min nəfər), Türkiyə vətəndaşları isə üçüncü yerdədir (92 min nəfər). Ermənistandan gələnlərin sayı 2017-ci ilin fevral ayı ilə müqayisədə 27 faiz, Türkiyə vətəndaşlarının sayı isə 29 faiz artıb. Siyahıda dördüncü yerdə 70 min nəfərlə Rusiya vətəndaşları dayanır".

İ.Çoqovadze bildirib ki, bu il Gürcüstana 8 milyondan çox turist gələcək.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 milyon 554 min 936 nəfər turist gəlib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam