Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bayılda sürüşmə zonasında yeni cihazlar quraşdırılır

Bayılda sürüşmə zonasında yeni cihazlar quraşdırılır

 

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində tədqiqatlar aparmaq üçün yeni cihazlar - topoqrafik reperlər quraşdırmağa başlayacaq
Yenixeber.org: Bunu nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə üfüqi hərəkətləri izləmək üçün müşahidə nöqtələrində bir necə reper quraşdırılacaq. Bu cihazlar vasitəsilə ərazidəki kiçik tərpənişləri belə qeydə almaq mümkün olacaq.

Ə.Qaralov bildirib ki, hazırda Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyət stabildir, ciddi aktivləşmə qeydə alınmayıb.

Qeyd edək ki, indiyədək ərazidə tədqiqatların aparılması üçün mayaklardan istifadə edilirdi. Lakin mayaklar Yer səthində çox kiçik tərpəniş olan kimi çatlayırdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam