Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tikinti şirkətlərinə nəzarət sərtləşəcək

 

Bakıda qəribə bir tendensiya yaranıb

 

"Xeberinfo.com": Vətəndaş min-bir əziyyətlə topladığı pulunu mənzil almaq niyyəti ilə tikinti şirkətlərinə yatırır. Sössüz ki, o tikinti şirkətinə inanmaya bilməz. Çünki, Azərbaycanda daşı-daş üstə qoymaq hər kəsin işi deyil. Amma bəzən həmin qoylun daş, bir yox bir neçə nəfər satılır.

 

Ölkədə fəaliyyət göstərən Mənzil Tikinti Koperativləri və tikinti şirkətlərinə nəzarət mexanizmi daha da sərtləşəcək. Son 10 ildə baş verən tikinti bumunun nəticəsi olaraq hazırda bu sahədə dələduzluq və yeyinti, vergidən yayınma faktlarının sayı çoxdur. ANS-in araşdırmalarından sonra millət vəkillərindən də məsələyə reaksiya gəlib. Ona ünvanlanan çoxsaylı şikayətlərin yarıdan çoxunun elə mənzil alqı-satqısı ilə bağlı mübahisələrdən ibarət olduğunu deyən millət vəkili Vahid Əhmədov söyləyir ki, qarşıdakı payız sessiyasında bu məsələyə baxılacaq.

 

Amma parlamentin hüquq və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılov həmkarı ilə həmfikir deyil. O, dşünür ki, qüvvədə olan qanun və qaydalar kifayət qədər sərtdir. Boşluqları qanunvericilkdə deyil, icraediçilikdə axtarmaq lazımdır.

 

Son iki ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 20-yə qədər Mənzil Tikinti Koperativləri və bu sahədə fəaliyyətlə məşğul olan şirkətlər haqqında cinayət işi başlanıb. Daxil olan şikayətlər əsasında Cinayət Məcəlləsinin (dələduzluq), (mənimsəmə), (külli miqdarda vergi ödəməkdən yayınma) və (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi açılıb.

 

Məsuliyyətə isə birbaşa həmin cəmiyyətlərin vəzifəli şəxsləri cəlb olunublar. Onlardan bəziləri ittiham olunaraq məhkəmənin qərarı ilə həbs edilib və mənimsənilən milyonlarla vəsait sahiblərinə qaytarılıb. Amma itirdiyi pulu geri alan vətəndaşların sayı azdır. Yüzlərlə aldanmış mənzil sahibi var ki, onlar indiyə qədər məhkəmə ilə onları aldatmış şirkət arasında qalıblar.

 

Təqsirli olan bəzi Mənzil Tikinti Kooperativlərin rəhbərləri isə hətta İnterpol vasitəsilə axtarışa verilsə belə, azadlıqda gəzirlər. Yaxud haqlarında çıxarılan məhkəmə qərarlarının icrasını uzadaraq hələ də mənimsədikləri pulları sahiblərinə qaytarmırlar. Daşınmaz əmlak bazarı üzrə mütəxəssislər isə təklif edir ki, bir mənzilin iki və daha çox adama satılması yolu ilə törədilən fırıldaqların qarşısını tikilməkdə olan binalarda mənzillərlə bağlı alqı-satqı müqavilələrinin xüsusi reyestr blanklarında bağlanmalı və notarial qaydada təsdiqlənməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam