Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə görüşlər keçirəcək

 

 

Vergilər Nazirliyində qurumun rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib

 

Yenixeber.org: Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, iclasda çıxış edən nazir Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı məlumat verib. O, qeyd edib ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır. Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir informasiya texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.

Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən M.Cabbarov bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib. Vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalı olduğunun vacibliyini diqqətə çatdıran nazir bir daha vurğulayıb ki, ilk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır.

M.Cabbarov qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam