Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq-Sabah

 

 

 Sabah Bakı şəhərinin Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yenixeber.org: "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində Azəriqaz İB-nin Təmir Tikinti idarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530mm-lik qaz kəmərinin şəbəkəyə qoşulması,həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, 28 fevral 2018-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam