Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib- FOTO

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

 

 

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş "İşğal altında olan ərazilər" mövzusunda açıq müzakirə təşkil edib

 

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə 1992-ci il fevralı 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və gənc fəallar çıxış edərək qətliamla bağlı daha məlumat veriblər.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımını əks etdirən kitablar və broşurlar təqdim edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam