Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Melburnda Xocalı soyqırımının qurbanları anılıb

Melburnda Xocalı soyqırımının qurbanları anılıb

 

 

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

 

Yenixeber.org: Konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, bu gün o qorxunc hadisənin 26-cı ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğu qeyd olunub, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhlükə mənbəyi olduğu bildirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, erməni millətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasının uğurlu nəticələr verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam