Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü qeyd edilib -FOTO

Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü qeyd edilib -

 

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

Yenixeber.org:  Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəis müavini, polkovnik Ruslan Məmmədov Tacikistan xalqını yubiley münasibətilə təbrik edib.

Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən rəis müavini qeyd edib ki, Azərbaycan və Tacikistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin böyük tarixi var: "Xalqlarımız arasında dostluq münasibətləri bu gün də yüksək səviyyədə davam edir. Azərbaycanla Tacikistan arasında münasibətlərin təməli 1992-ci ildə qoyulub. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında əməkdaşlıq münasibətləri yaradılıb və bu əməkdaşlıq Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilir. İki ölkənin Silahlı Qüvvələri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Tacikistan ordusunun güclənməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də rolu var. Bu məktəbdə hərbi təhsil alan tacikistanlı tələbələr gələcəkdə Tacikistan ordusunun inkişafına öz töhfələrini verəcəklər".

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli bildirib ki, indiyədək Azərbaycan Ali Hərbi Məktəbini Tacikistanın 40 vətəndaşı bitirib. Hazırda isə 15 kursant təhsil alır: "Kursantların sayı ilə bağlı kvota artırılacaq. Bu barədə qərar artıq qəbul olunub. Tacikistanlı kursantlar Azərbaycan xalqının, Prezidentinin bu qayğısını qiymətləndirməlidirlər".

Diplomat qeyd edib ki, Azərbaycanla Tacikistan qardaş ölkələrdir: "Məhz qardaş ölkə Azərbaycan tacikistanlı kursantların pulsuz təhsili üçün unikal imkan yaratdı. Biz çox gözəl anlayırıq ki, bu, Azərbaycanın dövlət büdcəsi üçün müəyyən yükdür. Bununla belə, Azərbaycan qardaşlıq hisslərindən çıxış edərək belə bir imkan yaratdı".Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi, general-mayor Ənvər Əfəndiyev çıxışında Tacikistan xalqını təbrik edib. Bildirib ki, hər bir ölkənin ordusunun yaranma tarixi bayramdır: "Ordusu olmayan ölkənin müstəqilliyi ola bilməz. Çünki ölkənin müstəqillik əldə etməsində, möhkəmlənməsində ordunun rolu vacibdir. Azərbaycan da Tacikistan kimi ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra ölkədə bütün istiqamətlərdə inkişaf yenidən başlandı".

Azərbaycan və Tacikistan orduları arasında əməkdaşlığı yüksək qiymətləndirən idarə rəisi bildirib ki, 2010-cu ildən sonra Azərbaycan Ali Hərbi Məktəbinə 40 nəfər kursant qəbul olunub: "İnanıram ki, hazırda təhsilini davam etdirən tacikistanlı kursantlar da hərbi təhsilini başa vurandan sonra Tacikistan ordusunda şərəflə xidmət edəcək. 8 ildir ki, əməkdaşlığımız davam edir, gələcəkdə biz birgə təlimlər də keçirəcəyik".

Millət vəkili Aydın Mirzəzadə isə Azərbaycanın Tacikistanla münasibətlərindən danışıb: "Birgə əməkdaşlıq davam edir. Tacikistan daim ölkələrlə dostluq münasibətində olub. Azərbaycan da Tacikistanla əməkdaşlığa həmişə xüsusi önəm verib və bu münasibət Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənəcək".

Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi adından Tacikistanın Azərbaycandakı səfirinə hədiyyə təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam