Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

Ərdoğan Pentaqon rəsmisini əxlaqsız adlandırdı

“Məni ən çox narahat edən mütəffiq olaraq görüdüyümüz, siyasi və hərbi sahədə dərin münasibətlərimizin olduğu ölkələrin göstərdiyi riyakarlıqdır”.

Yenixeber.org: “Hüriyyet” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə əsassız və yalan bəyanatlar verib:

“Ay vicdansız, ay əxlaqsız, Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadının, uşağın, mülki şəxslərin qətlə yetirilməsindən narahat olmursunuz, terrorçulara qarşı aparılan mübarizə sizi narahat edir? Yalan və düzgün olmayan xəbər yayırsız. Əgər biz mülki vətəndaşlarla terrorçuları ayırmasaydıq, Afrində əməliyyat çoxdan bitmişdi. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik? Əvvəl Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik. Sonra Fərat çayının şərqini suriyalılar və Türkiyə üçün təhlükəsiz edəcəyik”.

Ərdoğan qeyd edib ki, Afrində keçirilən əməliyyatda 1873 terrorçu məhv edilib, 415 km ərazi nəzarətə alınıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam