Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezidentdən gözlənilməz təklif:"Müəllimlərə silah verək"

Donald Tramp
Donald Tramp

Tramp məktəb cinayətlərindən çıxış yolu tapıb

Yenixeber.org: Qalmaqallı bəyanatları ilə seçilən ABŞ prezidentindən daha bir qeyri-adi təklif - müəllimlərə silah verilsin. Məlumata görə, Donald Tramp müntəzəm olaraq ABŞ məktəblərində baş verən silahlı insidentlərdən özünəməxsus çıxış yolu tapıb. O, məktəb işçilərinin silah gəzdirməsinə icazə verilməsini təklif edib.

Prezident bu barədə Florida ştatında bir neçə gün öncə baş verən atışma nəticəsində zərərçəkənlərlə görüşündə deyib. "Müəllimlər xüsusi hazırlıq keçə bilərlər. Belə hücumlar adətən 3 dəqiqəyə yaxın davam edir. Polis isə hadisə yerinə 5-10 dəqiqəyə çatır.

Əgər silahdan istifadə edə bilən müəllimlər olsa onlar hücumun qarşısını ala bilərlər. Cinayətkarlar qorxaqdırlar və onlara atəş açan adamın olmayacağını düşündükləri üçün belə hücumlar edirlər."

Tramp məktəblərin mühafizə xidmətinə də silahla davranış qaydalarını bilən, keçmiş hərbçilərdən işə götürməyi məsləhət görüb. 

Xatırladaq ki, Florida məktəblkərindən birində silahlı insident fevralın 14-də baş verib. Bir müddət öncə məktəbdən nizamsız davranışlarına görə çıxarılan yeniyetmə onlarla adamı güllələyib. Nəticədə 17 nəfər ölüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam