Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bosniya və Hersoqovinanın rəhbəri Bakıya gələcək

 

Bosniya və Hersoqovinanın rəhbəri Bakıya gələcək

Yenixeber.org: Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç üçüncü dəfə Diasporla İş üzrə Dövət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda iştirak edəcək.

Komitədən verilən məlumata əsasən, Mladen İvaniç Forumun “Çoxluqlar milli azlıqlara qarşı” mövzusuna həsr olunan panel iclasında əsas çıxışçıdır. O, mövzu ilə bağlı ölkəsinin və digər Balkan ölkələrinin təcrübəsini paylaşacaq, bu məsələyə dair fikir və təkliflərini səsləndirəcək.

Bildirək ki, Bosniya və Herseqovina hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında bir neçə ildir səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə 2016-cı ilin noyabrında Sarayevoda Mərkəzin IX ali səviyyəli toplantısı, fevralda isə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" movzusunda xüsusi toplantı baş tutub. Həmin toplantı çərçivəsində NGBM üzvləri ilə Bosniya və Herseqovinanın PrezidentŞurasının üzvləri arasında görüşlər də keçirilib. 2017-ci il noyabrın 20-də isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə “Balkanların Avropa gələcəyi” movzusunda konfrans təşkil olunub.

Qeyd edək ki, 15-18 mart tarixində keçirləcək VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, digər ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri, görkəmli siyasətçiləri, ziyalıların iştirakı gözlənilir. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti kimi bir sıra qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam