Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Söküləcək “Planet“ Elman Rüstəmovun qardaşının imiş

 

   Şadlıq sarayının ətrafında yaranmış qalmaqal icra başçısı ilə MB sədrini üz-üzə qoya bilər

    Baş bankir Tahir Budaqovun  qərarına təsir göstərməyə çalışır
    "Xeberinfo.com": Nizami Rayon İcra Hakimiyyətinin Bakının məşhur şadlıq saraylarından olan "Planet"in sökülməsi ilə bağlı tapşırıq verməsi barədə xəbərlər gündəmdən düşmür. Yayılan məlumatlara görə, icra hakimiyyəti obyekt rəhbərliyinə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb. Nizami Rayon İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına kimi vaxt qoyub.
 "Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb", - deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər. Bu xəbərin yayılmasından sonra bütün diqqətlər avtomatik olaraq Mərkəzi Bankın (MB) İdarə heyətinin sədri Elman Rüstəmovun üzərinə yönəldi.
 Çünki şadlıq sarayının MB rəhbərinin nəzarətində olduğu deyilirdi. Dünən etibarlı mənbələrdən aldığımız məlumatlara görə, "Planet"in bir hissəsinin sökülməsi ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən şadlıq sarayının müdiriyyətinə edilmiş xəbərdarlıq baş bankirin narahatlığına səbəb olub. 
Mənbənin sözlərinə görə, "Planet" şadlıq sarayı Elman Rüstəmovun ilk biznes layihələrindən biridir: "Mərkəzi bankın rəhbəri dövlət məmuru olduğu üçün biznes məsələlərində bilavasitə iştirak edə bilmir. Onun biznesinin əsas hissəsinə qardaşı Talıb müəllim nəzarət edir. Şadlıq sarayı da ona məxsusdur. Bank sədrinin qardaşı bir neçə gün əvvələ qədər xarici ölkələrdən birində istirahətdə idi. Talıb müəllim ölkəyə qayıdan kimi bu pis xəbər ona çatdırıldı. Gəlin maşınının şadlıq sarayına daxil olduğu tikilinin sənədləri yoxdur. Buna görə də Nizami Rayon İcra Hakimiyyəti həmin hissənin sökülməsini tələb edir. Həm də qeyd olunan ərazi plana düşüb. Buna görə də mütləq sökülməlidir. 
"Planet"in rəhbərliyi isə icra hakimiyyətinin tapşırığına heç bir məhəl qoymur. Daha dəqiq desəm, şadlıq evinin rəhbəri Talıb müəllim söyləyib ki, Elman Rüstəmovun obyektini nə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, nə də bir başqası sökə bilər. O oktyabr ayına kimi qoyulan vaxtın boş olduğunu bildirib. Kəskin fikirləri ilə qanunlara və Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə meydan oxuyan Elman Rüstəmovun qardaşı Talıb Rüstəmov özündən çox arxayındır". 
Görünür, Talıb müəllim və onun arxasında dayanan qüvvə icra hakimiyyətlərinin rəhbərlərinin prezidentin yerlərdəki səlahiyyətli nümayəndəsi olduğunu unudublar. İcra hakimiyyətinin rəsmiləri "Planet" şadlıq sarayının rəhbərliyi ilə düşmənçilik münasibəti saxlamır, yaxud qanunsuz iş görmür. Gəlin maşınının zala daxil olması üçün tikilən hissənin sənədləri olmadığına və ərazi plana düşdüyünə görə sökülməsini tələb edirlər. Yəni burda müqavimət göstərməli bir məsələ yoxdur. MB sədrinin qardaşı qeyd-şərtsiz xəbərdarlığına məhəl qoyub deyilən hissənin söküntüsünə icazə verməlidir. Elman Rüstəmov bu məsələdə öz vəzifə səlahiyyətlərindən istifadə edib söküntünün qarşısını almaq istəsə, deməli, prezidentin Nizami rayonundakı səlahiyyətli nümayəndəsinin qərarının ziddinə gedir. 
Ümumiyyətlə, "Planet" şadlıq sarayı bütünlüklə sökülməlidir. Belə ki, şadlıq sarayının bir neçə metrliyindən yüksək gərginlikli elektrik xətti keçir, həmçinin restoran yaşayış binalarına çox yaxındır. Gecə saatlarına kimi davam edən toy və nişan mərasimləri zamanı əmələ gələn yüksək səs-küy ətrafda yaşayan vətəndaşların rahatlığına mane olur. Digər tərəfdən, "Planet" şadlıq sarayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standartlara əməl edilmir. Belə ki, şadlıq evində havalandırma sistemi normal işləmir. Ətin haradan gətirildiyi məlum deyil və baytar həkimlərin nəzarətindən keçirilmir. Bundan başqa, obyektdə sanitar qaydalara demək olar ki, riayət edilmir. Bu kimi halları nəzərə alsaq, "Planet"in fəaliyyətinə son qoyulmalıdır.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam