Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

İcra başçısı Bayıl yamacından danışdı

İcra başçısı Bayıl yamacından danışdı

 

 

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib

 

Yenixeber.org: İcra Hakimiyyətindən verilən məlumata görə, görüşdə çsxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyi alınıb.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq pilot layihələrin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun: "Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir".

E.Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur: "Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam