Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycanda şadlıq evləri “od tutub” yanır, isrfaçılıq, və daha nələr...

                    

 

   "Xeberrinfo.com": Son günlər ölkə mediasının gündəmini zəbt edən mövzulardan biri də yas və toy məclislərindəki israfçılıq, dəbdəbə, təmtəraq yarışması məsələsidir.

 

Menyularda dəyişiklik niyə olmur?

 

Məlum məsələdir ki, dəbdəbəli toyları imkanlı şəxslər, məmurlar öz övladları üçün edir. Məsələn, paytaxtın elə şadlıq evləri var ki, orada menyü bir stul üçün 100 manatdan baha başa gəlir. Toy sahibi 300 qonaq çağırırsa bu 30 min manat edir. Təbii ki, bu qiymət orta stastik azərbaycanlının imkanları xaricindədir.  

Şadlıq evləri söz düşmüşkən onu da qeyd edək ki, burada problem təkcə dəbdəbəli bahalıq yox, həm də menyuların çeşidli olmasındadır.

Özünə, yaxınına toy etmək istəyən şəxs ciddi problemlərlə üzləşir. Məsələn, adam sayının az olması qiymətləri qaldırır, bundan əlavə ehtiyac duyulmayan, süfrəyə düzülməsinə gərək olmayan nemətləri siyahıdan çıxartmaq mümkün deyil. Bunun səbəbini istənilən şadlıq evinin administartorundan soruşanda belə deyir - sizin toyunuzdan əlavə bir toy tutmaq istəyirik. Yəni, toya gələn qonaqlar buradakı menyunu bəyənərlərsə başqalarına da məsləhət görə bilərlər. Məhz bu üzdən menyularda ciddi dəyişiklik olmur.

Hətta nəyi istəmirsənsə belə o süfrədən çıxarılır, ancaq pulu ödəməyə məcbursan.

Bundan başqa özünə toy etmək istəyən şəxs bir neçə ay öncədən şadlıq eviylə anlaşmalıdır. Çünki yer tapmaq çətindir. Hətta elə şadlıq evləri var ki, ora 6 ay öncədən müraciət etməlisən. Əksəriyyət nisbətən kiçik və ucuz restoranlara üz tutduğundan bahalı şadlıq evləri daha da prestijli olur.

 

Toy sahiblərinə seçim etmək imkanı verilmir

 

Şadlıq evlərində daha bir ciddi problem yuxarıda qeyd etdiyimiz kimi qiymətlərlə bağlıdır. Şadlıq evinin sahibləri müştəriyə yalnız o halda güzəşt edirlər ki, qonaqların sayı çox olsun. Məsələn, 35 manatlıq menyu olan toyda qiyməti endirmək üçün ən azı 500 nəfəri dəvət etməlisən. Belə olan təqdirdə 1, ən yaxşı halda 2 manat irəli düşə bilərsən. Ancaq elə restoranlar var ki, onun zallarına 300-400 nəfərlik qonaq yerləşə bilir. Di gəl, müştərini itirməmək naminə restoran sahibləri 500-600 nəfərlik qonağı gələcək toy sahibinə də “hə” deyir. Nəticədə 12 nəfərlik masa ətrafında 14, bəzən isə 18 qonaq oturur.

Bəs, bahalı şadlıq evləri necədir? Söhbət etdiyimiz restoran administratorları deyir ki, onlara hər gün müraciətlər olur. Menyular fərqlidir. Əsasən bahalı restoranlarda “gümüş”, “qızıl”, “briliyant” adlı menyular var. Toy sahibinə seçim etmək imkanı yaradır. Yəni, 150 manatlıq stulu bir az ucuzuyla əvəz et və yaxud əksinə. Düzdür, son zamanlar bahalı restoranlarda bu 3-4 sistemli menyular da ləğv olunmaqdır. Bu restoran sahibinə sərf etmir. Çünki onsuz da onlara müraciət edən toy sahibləri üçün 100-200 manatın o qədər də önəmi yoxdur.

 

Restoranlarda zəhərlənmələr…

 

Məsələn, 50 manatlıq menyuya qırmızı kürü, kərə yağı, kütüm ləvəngisi, kənd toyuğunun soyutması, kolbasa, dana delikatesi, toyuq ruleti, hinduşka döşü, dil, basdırma, bilinçik (ət və kəsmiklə), pendir (holland, çeçil), göyərti, xiyar, pomidor, sezar salatı, "krabovıy" salatı, mimoza salatı, paytaxt salatı, ekzotik salat, duzlu pomidor, duzlu heyva, duzlu göyəm, duzlu xiyar, qara zeytun, yaşıl zeytun, tumsuz zeytun, qara çörək, təndir çörəyi, lavaş, limon, kabab, buğlama, lülə - tikə kababı, qızıl balıq, kartof lüləsi, badımcan-pomidor kababı, toyuq kabab, bildirçin kababı, toyuq lüləsi, sacda göbələk, şah plov və s. daxildir.

Əlbəttə, 60, 70, 80, 90, 100, hətta 130 manatlıq menyular da var. Bəs bu yeməklərin keyfiyyəti nə səviyyədədir?

Bir neçə ay öncə Niaqara” restoranında kütləvi zəhərlənmə baş vermişdi. “Paytaxt” salatından zəhərlənən İlkin Həsənov mətbuata bu haqda açıqlama vermişdi. Onun sözlərinə görə, tədbirə qatılan 60 nəfərdən 15-16-sı zəhərlənib. Restoran məlumatı təkzib etsə də fakt faktlığında qalır.

 

Azərbaycanda qida zəhərlənməsi xəbəri yeni deyil. Xüsusən də toyda, nişanda, bayramda kütləvi zəhərlənmə xəbərlərini tez-tez eşidirik. Məsələn, Qubanın Bərqov kəndində keçirilən toy mərasimində qidadan kütləvi - 25 nəfər zəhərlənmişdi. Tərtərin Ələsgərli kəndində analoji hal baş vermişdi. Toydan zəhərlənmə ilə 47 nəfər xəstəxanaya aparılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam