Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakının bu hissəsi də tədqiq olunacaq- Bayıldakı sürüşməyə görə

Bakının bu hissəsi də tədqiq olunacaq

 

 

"Bayıl yamacında baş verən sürüşmənin dəqiq səbəblərinin öyrənilməsi üçün Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin arxasında, N.Nərimanov heykəlinin olduğu ərazidə də tədqiqat aparılmalıdır"

 

Yenixeber.org: Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, daha dəqiq nəticələrin əldə edilməsi üçün tədqiqat daha geniş ərazidə aparılmalıdır. Buna görə də Bayıl yamacı ilə yanaşı, adları çəkilən ərazilərdə də tədqiqatların aparılması nəzərdə tutulur:

"Tədqiqatlar N.Nərimanov heykəlinə qədər olan ərazilərdə aparılmalıdır ki, Bayıl yamacında sürüşmənin baş verməsinin səbəblərini elmi əsaslarla aydınlaşdıraq və nəticə çıxaraq. Araşdırmalarda sürüşmə müstəvisi, layların növləri, hansı bucaq altında yatdığı, sürüşməyə meyilli ərazilər, onun kütləsi, istiqaməti, ərazidəki sululuq və s. müəyyənləşdiriləcək. Biz tədiqatların sonunda sürüşmə prosesinin əsas səbəblərini, onu törədən amilləri müəyyən edəcəyik. Nəticə çıxarmaq üçün isə tədqiqatları tam olaraq aparmaq lazımdır. Buna görə də təqqiqatlar yalnız lokal sahədə deyil, bütün Bayıl yamacında, Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin digər hissəsində, N.Nərimanov heykəli ətrafında aparılmalıdır".

Q.Yetirmişli qeyd edib ki, tədqiqatlar mart-aprel aylarında yekunlaşacaq.

Qeyd edək ki, RSXM tərəfindən "Televiziya" qülləsi kompleksinin yaxınlığında - Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

Tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam