Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məmmədyarov:"Aİ ilə əlaqələr Rusiya ilə dostluğumuza təsir edə bilməz"

 

Məmmədyarov: "Aİ ilə əlaqələr Rusiya ilə dostluğumuza təsir edə bilməz"

"Azərbaycan Rusiya daxil olmaqla qonşu ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir"

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Nazir “Azərbaycan və Avropa ittifaqı arasındakı saziş Bakı-Moskva əlaqələrinə təsir edə bilərmi” sualını cavablandırıb. Bildirib ki, ümumilikdə Azərbaycan siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafı nəticəsində əldə olunan nəticələrdən razıdır: 

“Azərbaycan və Avropa Birliyi arasında əlaqələr qarşılıqlı səmərəli əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə inkişafa xüsusi önəm verilir. Azərbaycan və Rusiya arasında əlaqəlr, həmçinin Azərbaycan və Avropaİttifaqı arasında əlaqələr müxtəlif müstəvilərdə inkişaf etsə də, onlar ilk növbədə bizim xalqlarımızın xeyrinə xidmət edir. 

Azərbaycan və Rusiya ilə strateji tərəfdaşlığın Avropa İttifaqı və Azərbaycan münasibətlərinə təsir etmədiyi kimi, bizim Avropa İttifaqı ilə əlaqələrimiz də strateji həmiyyət kəsb edən Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinə təsir etmir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam