Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi

165 vakant vəzifənin tutulması üçün müsahibə elan edildi

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 dövlət orqanında 165 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib

 

Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (43 vakant vəzifə), Təhsil Nazirliyi (8 vakant vəzifə),Dövlət Statistika Komitəsi (2 vakant vəzifə), Maliyyə Nazirliyi (1 vakant vəzifə) və Səhiyyə Nazirliyi (1 vakant vəzifə)) mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.

"Dövlət qulluğu haqqında" qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini martın 4-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam