Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Təhlükə yaranır-Dünyanı su basacaq

 

 

2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri ilə müqayisədə 65 santimetr qalxacaq

Əsrin sonlarına qədər dünya okeanında suyun səviyyəsi yarım metrdən çox qalxacaq. Bu da sahilyanı şəhərlərin və adaların qlobal daşqınlara məruz qalacağı təhlükəsini yaradır.

Yenixeber.org: "RİA Novosti" xəbər verir ki, Boulder şəhərindəki Kolorado Universitetinin amerikalı klimatoloqları bu nəticəyə gəliblər.

Onların "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilən araşdırmalarına görə, aeromüşahidələrə əsaslanaraq qurulan dinamik modullar vasitəsilə alimlər dəniz səviyyəsinin ildə 2,9 millimetrə qədər qalxdığını müəyyənləşdirə bilib.

Son 25 ildə isə bu göstərici orta hesabla ildə 0,084 millimetr olub. Əldə edilmiş nəticələrə əsasən, alimlər belə qənaətə gəliblər ki, 2100-cü ilə qədər dünya okeanında suyun səviyyəsi əsrin əvvəlləri ilə müqayisədə 65 santimetr qalxacaq.

Alimlər hesab edirlər ki, suyun səviyyəsinin qalxması nəticəsində baş verəcək daşqınlar Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsinə zərbə vuracaq. Onlar gələcək kataklizmlərin səbəbi kimi qlobal istiləşmə səbəbindən Qrenlandiya və Antarktidada buzlaqların dəhşətli dərəcədə əriməsini göstərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam