Redaktor seçimi
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
Günün xəbəri

Transseksual "Səbiş" həbs olundu- FOTO

Transseksual "Səbiş" həbs olundu

 

 

Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" ("Səbiş") adı ilə tanınan Qismət Sultanov həbs edilib

 

Yenixeber.org: Hadisədən bir müddət sonra saxlanılan Q.Sultanov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra Q.Sultanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun barəsində istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə sakin Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib. Hadisənin videosu binada yaşayan sakinlərdən biri tərəfindən çəkilib, sosial şəbəkədə paylaşılıb.

Daha sonra mətbuata açıqlama verən Q.Sultanov bildirib ki, komendanta hücum etməsinin səbəbi, sadəcə, elektrik enerjisinin dayandırılması olmayıb. Onun sözlərinə görə, komendant onun həmin binada yaşamağını istəməyib.

Hadisədən sonra Q.Sultanov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılmış, onun izahatı alınmış, zərərçəkmişlə barışıq əldə ediləndən sonra isə sərbəst buraxılmışdı.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?