Redaktor seçimi
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
Günün xəbəri

Mikayıl Cabbarov:"Vergi yoxlamaları azaldılacaq”

 

“Vergi yoxlamaları azaldılacaq” - Nazir sahibkarlara səsləndi

"Əsaslandırılmamış sanksiyalara yol verməmək üçün yoxlamalar vergi ödəyicisinin iştirakı ilə aparılacaq".

Yenixeber.org: Bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, hamı səhv edə bilər, amma bilərəkdən hansısa məlumatların saxtalaşdırılması cinayətdir: 

"Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Bu, o demək deyil ki, nəzarət zəifləyəcək. Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Vergilər Nazirliyi sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər”. 

Nazir əlavə edib ki, vergi qanunvericiliyində tez-tez dəyişikliklər vergi riskləri yaradır və mövcud Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlanıb.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?