Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sahibkar bələdiyyə sədrini döydü

 

   Masallı rayonu, Gəyəçöl bələdiyyə sədri vəhşicəsinə döyülüb. 

   "Xeberinfo.com": Bu barədə Axar.az-a məlumat verən hadisə şahidlərinin sözlərinə görə, dava topraq üstündə düşüb.  Bələdiyyə sədri Bəybala Əsədov Rusiya vətəndaşı olan İlham adlı şəxsin zorakılığı ilə üzləşib. Torpaq üstündə düşən mübahisə bir qədər sonra davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hazırda xəstəxanada ağır vəziyyətdə olduğu deyilir. 

Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham adlı şəxs Gəyəçöl kəndində şadlıq evinin sahibidir. 

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev Axar.az-a açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləyib. 

Xəstəxananın Travmatologiya şöbəsindən isə bildirilib ki, bələdiyyə sədrinin vəziyyəti nisbətən yaxşılaşıb: 

“Onun üz nahiyəsində zərbənin xəsarətləri vardı. İlk gətirilən gün vəziyyəti həddən artıq ağır idi. İndi özünü yaxşı hiss edir, hərəkət edə bilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam