Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bir gecədə yoxa çıxan şam ağacları

   

   

Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov yaşıllıqları məhv edir və məhv edilən yaşıllıqların ərazisini sataraq milyonlar qazanır

    Bələdiyyə sədri torpaq satdığı şəxslərə tapşırır ki, şam ağacların gecə yarısı sakit şəkildə və sürətlə kəsərək yoxa çıxarsınlar.

     "Xeberinfo.com" pia.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Xocasən bələdiyyəsinə daxil olan Sulutəbə qəsəbəsində yaşıllıqlar məhv edilir. Bildirilir ki, satılan ərazilərdəki nadir şam ağacları bir qayda bir gecə içində qırılır. Bir neçə gün içində hasarlanan ərazilərdə gecələr şam ağacları qırılır və doğranaraq daşınır. Bütün bu işləri həyata keçirən şəxsin isə Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov olduğu bildirilir. 

    Məlumatda bildirilir ki, bələdiyyə sədri torpaq satdığı şəxslərə tapşırır ki, “şam ağacların gecə yarısı sakit və sürətlə kəsərək yoxa çıxarsınlar. Sulutəpə qəsəbəsə Avtovağzalının arxa hissəsində yüzlərlə evlərin tikildiyi ərazilərdə yüzlərlə qocaman şam ağağlarının bu yolla məhv edildiyi iddia olunur. Bir qayda olaraq torpaq alan şəxslər ev tikdikləri ərazilərdə şam ağaclarını qırsalarda, həyətlərində onlarla ağacları saxlayırlar. Bələdiyyə sədrinin də torpaq satdığı şəxslərdən tələbi bu yöndə olur. qeyd olunur ki, hazırda Avtovağzalın arxa hissəində 1 sot torpağın qiyməti 20-25 min manat arasında dəyişir. Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov son 2 ildə həmin ərazilərdə bir neçə milyon manatlıq torpaq sahəsi satdığı bildirilir.

   Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliynin mütəxəssisləri əraziyə baxış keçirərlərsə, yüzlərlə kəsilmiş şam ağağlarının yerini müəyyənləşdirə bilərlər. Redaksiyamıza göndərilən fotolardan aydın görünür ki, Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov Sulutəpə qəsəbəsində satdığı yaşıllıq ərazilər bir gecənin içində məhv edilir.

    Həmçinin daxil olan məlumatda qeyd olunur ki, Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərov tərəfindən satılan ərazilərin bir hissəsi də Dövlət Neft Şirkətinin balansında olan torpaqlardır. Həmin torpaqların böyük bir qisminə isə bələdiyyə sədri saxta sənədlər verib.

    Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatda həmçinin Xocasən bələdiyyə sədri Məhərrəm Əsgərovun qarşıdan gələn bələdiyyə seçkilərində yenidən sədr olmaq üçün Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bazarlaşdığı iddia olunur. 

    Məhərrəm Əsgərovun Sulutəpə qəsəbəsində qeyri qanuni həyata keçirdiyi torpaq satışı və şam ağacalrını bir gecədə necə yoxa çıxması ilə bağlı yaxın günlərdə oxucularımıza ciddi faktlar təqdim edəcəyik. 

    Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam