Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xəstəxanadakı qalmaqala nazirlikdə qarışdı

 

 

    "Xeberinfo.com": “Narazı həkimlər və tibb bacıları mətbuatdan əvvəl Səhiyyə Nazirliyinə və ya Bakı Baş Səhiyyə İdarəsinə müraciət edərdilər. Səhiyyə Nazirliyinin müvafiq şöbələri də bu məsələ ilə bağlı araşdırmalar aparıb, həqiqəti üzə çıxarardı. Doğrudan da, mərkəzdə korrupsiya və rüşvət hallarına rast gəlindiyi zaman da lazımi tədbirlər görülərdi. Bildiyim qədəri bir neçə şikayətçi şəxs var. Yaxşı olar ki, onlar nazirliyə müraciət eləsin. Nazirliyə və ya Bakı baş səhiyyə idarəsinə müraciət etmədən məsələni birbaşa mətbuata çıxarmaq yaxşı hal deyil” – bu sözləri “Şərq” qəzetinə 5 saylı Şəhər Klinik Xəstəxanasının tərkibindən çıxarılaraq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilən yanıq şöbəsinin əməkdaşlarının mediada etdiyi şikayətinə cavab olaraq Səhiyyə nazirliyinin mətbuat xidmətinin Anar Qədirli deyib.

O deyib ki, şikayətçilərin hər biri dövlət işçiləridir və problemləri barədə nəzdində çalışdıqları orqanı xəbərdar etməlidirlər: “Öz etirazları ilə bağlı bizə müraciət edib, cavab ala bilməsələr, məsələni ictimailəşdirərdilər. Ən azından mətbuatla eyni vaxtda aidiyyəti qurumlara da müraciət edə bilərdilər. Bizə heç bir müraciət daxil olmadığı üçün bu barədə araşdırma aparılmayıb. Yanıq şöbəsi ilə bağlı yayılan məlumatların nə dərəcə həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm”.

  Qeyd edək ki, həkimlər müraciətlərində iki aydır əməkhaqqı almadan işlədiyini qeyd ediblər. Bildirirlər ki, yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 manat tələb edir.

 

  “Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir. Vüqar Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, əvəzlərinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir”, - deyə şikayətçilər bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam