Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nazir yeni sədr təyin etdi

Nazir yeni sədr təyin etdi

 

 

Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri təyin edilib

 

Yenixeber.org: Bu barədə nazir Pərviz Şahbazov əmr imzalayıb.

S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə Siemens AG-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, Siemens-AG Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, Siemens-AG Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman-Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam