Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya işğalçı Ermənistana yeni silahlar verir

Rusiya işğalçı Ermənistana yeni silahlar verir

 

 

Rusiya bizim regionda sabitliyin və təhlükəsizliyin qorunmasında böyük rol oynayır

 

Yenixeber.org: Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satışı məsələsini şərh edərkən deyib.  

“Biz öz yerimizdə regionda hərbi balansın qorunması üçün əlimizdən  gələni edirik, Moskvadan lüqotlu qiymətlərlə silah alırıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və ən aparıcı regional oyunçu kimi regional təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır”, - deyə Nalbandyan  2017-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Nalbandyan Ermənistanın Rusiya ilə tərəfdaşlıq münasibətləri çərçivəsində müdafiə qüdrətini artırmaq üçün əldə olan bütün imkanlardan istifadə edir.

“2010-cu ildə Rusiya hərbi  bazasının Ermənistanda fəaliyyəti haqqında yeni müqavilə imzalanan vaxt orada xüsusi bir müddəa var idi. Həmin müddəaya görə, Rusiya tərəfi  Ermənistanı yeni silahlarla təchiz etməli idi. Bu hal-hazırda baş verir”, - deyə Nalbandyan bildirib.

Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazası 21 avqust 1992-ci ildə imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin hüquqi statusu haqqında müqavilə  və 16 mart 1995-ci ildə Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında müqavilə əsasında yaradılıb. Bazanın fəaliyyəti haqqında yeni müqavilə 25 il müddətinə imzalanıb və sonradan ovaxtkı Rusiya prezidenti D.Medvedevin 2010-cu ildə Ermənistana səfəri zamanı daha 49 il müddətinə (2044-cü ilə kimi) uzadılıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam