Yanvarın 20-də İrəvandakı Mərkəzi Klinik Hərbi Hospitala ağır bədən xəsarətləri ilə hərbi çağırışçı Ernest Ovanisyan gətirilib.

Yenixeber.org: epress.am xəbər verir ki, çağırışçının özünü hərbi hissənin pəncərəsindən atdığı məlum olub. İntihara cəhdin səbəbi çağırışçının Qarabağda xidmət etmək istəməməsidir.

Ovanisyan yanvarın 12-də orduya çağırılıb. Bildirilir ki, o, Qarabağdakı hərbi hissələrdən birində cəmi 8 gün xidmət edib. Lakin ilk günlərdən bildirib ki, xidmət etmək istəmir. Ovanisyanla hüquqşünaslar və psixoloqlar işləyib, onun valideyinlərini hərbi hissəyə çağırıbar. Lakin çağırışçı əsgər valideyinləri gələnə qədər özünü hərbi hissənin pəncərindən atıb və ağır xəsarətlər alıb. Məlumata görə əsgər özünü pəncərədən atmazdan qabaq deyib: “Venamı kəsərəm, amma xidmət etmərəm”.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan faktı təsdiq edib, amma insidentin təfərrüatları haqda danışmayıb.(virtualaz)