Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda 23 YPX-nin zorla saxladığı avtoş həbs edildi

 

 

Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb

 

Yenixeber.org:  Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib.

Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.

***

Bakıda avtoxuliqanlıq edən sürücüyə 30 sutka həbs cəzası verilib

 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzi küçələrində 1985-cil təvəlüdlü Ramin Ağayev idarə etdiyi "Naz Lifan" markalı avtomobillə bir neçə küçə və prospektlərdə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarınını verdiyi "Saxla!" əmrinə tabe olmayıb: "Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili iki YPX ekipajı təqib edib. Avtomobil "tələ əməliyyatı" ilə Nobel prospektində saxlanılıb. Avtomobil saxlanıldıqdan sonra sürücü qaçmağa cəhd göstərsədə YPX əməkdaşlarının sayıqlığı nəticəsində tutularaq məhkəmə orqanlarına təhvil verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 30 sutkalıq həbs cəzası verilib".

V.Əsədov əlavə edib ki, Ramin Ağayev sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam