Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mehdiyevin müşavirəsi Oliqarxları təşvişə salıb

 

 

Onlar nəzarətində olan saytların arxivindən cəbhə bölgəsilə bağlı xəbərləri sildirib

  "Xeberinfo.com": Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin KIV rəhbərləri ilə keçirdiyi müşavirə nəzarətində media orqanları olan oliqarxların təşvişinə səbəb olub. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, müşavirədə əsas hədəf müxalifyönlü və müstəqil media olsa da, Ramiz Mehdiyev fürsətdən istifadə edərək oliqarxların nəzarətində olan mətbuat orqanlarını da hədələyib.  “Ramiz Mehdiyev müşavirədə belə bir fikir işlədib: ”Mən bu günki toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər". Ramiz Mehdiyev bu fikrinə qədər bir neçə dəfə “Azadlıq” qəzeti və AzadlıqRadiosunun adını çəkərək onları dövlətçilik əleyhinə işləməkdə ittiham edib. Ona görə də Ramiz Mehdiyev bu fikirləri ilə müxalifyönlü və müstəqil medianı nəzərdə tuta bilməz. Qeyd etdiyim kimi onların adı artıq bir neçə dəfə çəkilib. Deməli, aydın olur ki, administrasiya rəhbəri ayrı-ayrı oliqarxlara məxsus media orqanlarını nəzərdə tutduğu aydınlaşır. Bu fikirdən sonra Ramiz Mehdiyevin xüsusilə cəbhə bölgəsində baş verənlərlə bağlı yayılan məlumatlara diqqət çəkməsi də təsadüfi deyil. Məhz oliqarxların nəzarətində olan media orqanları cəbhə bölgəsində baş verənlərlə barədə cəmiyyətdə çaşqınlıq yaradan məlumat yayırdılar. Bu “yuxarılarda” da ciddi narazılığa səbəb olub. Digər tərəfdən müşavirə keçirilən günün gecəsi həmin məlumatlar saytların arxivlərindən silinib. Bunu özünüz də araşdıra bilərsiniz", - deyə mənbə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam