Redaktor seçimi
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Günün xəbəri

Soros ona qarşı olan dövlətlərə meydan oxudu:Ölənə qədər…

Soros ona qarşı olan dövlətlərə meydan oxudu:

 

 

 “Financial Times”qəzetinin yazarı Endryu Brinin macar-yəhudi əsilli milyarder Corc Sorosla bağlı yazısı:

 

Yenixeber.org: Məqalədə milyarderin öz fikirləri də əks olunub.

“Şöhrət bədbəxtlikdən başqa bir şey gətirmir. Corc Sorosun atası vaxtilə oğlunu bu sözlərlə xəbərdarlıq edib. Ailəsinin yəhudi əsilli olmasını gizlədən Tavidar Soros onların Macarıstandan deportasiyasına və beləliklə, nasist ölüm düşərgələrinə düşməməsinə nail olur. Kiçik Soros isə öz yolunu tamamilə ayrı istiqamətdə tutub. O, daha çox özünü milyarder-sərmayəçi, liberal xeyriyyəçi kimi göstərməyə çalışıb. Lakin buna görə Soros “sağ ol”dan çox qınamaya məruz qalıb”, - məqalədə qeyd olunur.

Müəllif Sorosun əleyhinə bir sıra ölkələrdə qurama kampaniyaların aparıldığını yazır.

“Ən çox radikal sağ cərəyanı təmsil edən qüvvələr tərəfindən onunla bağlı sui-qəsd nəzəriyyələri yayılmaqdadır. Məsələn, Sorosu Suriyadakı uşaqlara qarşı kimyəvi silah işlətməkdən tutmuş, Makedonya hökumətini psixoloji müharibə ilə çökdürməyə, habelə milyonlarla müsəlmanı qəsdən Avropa ərazisinə buraxmağa qədər müxtəlif fərziyyələrlə ittiham edirlər”.

Lakin bir sıra ölkələr bunu daha ciddi şəkildə həyata keçirirlər. Məsələn Macarıstanda Sorosa qarşı dövlət tərəfindən milyonlarla pul verilərək dəstəklənən rəsmi kampaniya yürüdülür”, - Endryu Brin yazır.

Yazarın fikrincə, Sorosa qarşı edilən hücumlar Mərkəzi və Şərqi Avropadakı dəyişkən siyasi konyukturun ən gözəl təzahürlərindən biridir:

“Berlin divarı yıxıldıqdan sonra Soros fondu keçmiş sovet blokuna daxil olan ölkələrdə Qərb stilində demokratiyanın yayılması ilə əlaqədar nikbinliyi təlqin edirdi. İndi eyni fond liberalizmin cazibəsini itridiyi bu dövrələrdə millətçi və daha çox avtoritar səslərin hədəf obyektinə çevrilib”.

“Bu mənə əsl “deja-vü”nü xatırladır. İndi dünyada yenə də hakim ideologiya millətçilikdir. Avropa Birliyi dağılmaq ərəfəsindədir. Rusiya isə millətçiliyə söykənərək yüksəlişə keçib”, - Soros Nyu-Yorkdakı evində müəlliflə söhbətində bildirib.

Lakin Soros bunlara qarşı meydan oxumaqdan çəkinmir:

“Düşünürəm ki düşmənlərimlə bağlı bəxtim gətirib. Bu mənə onlara qarşı dirəniş göstərməyə və doğru bildiyim işi müdafiə etməyə hazır olmağa kömək edir”, - milyarder qeyd edib.

Məqalədə Soros fondunun Rusiya və Özbəkistandan qovulduğu xatırladılır. Corc Soros özü doğma vətəni Macarıstanda ondan qrant alan təşkilatların və insanların hədələndiyini, baş nazir Viktor Orbanın isə ölkənin kəşfiyyat orqanlarına “Soros imperiyası” ilə mübarizə aparmaq tapşırığını verdiyini söyləyir. Tənqidçilərinin fikrincə, Corc Soros öz fondunu heç kimin qarşısında hesabat verməyən liberal superdövlətə çevirib.

Corc Soros özü bütün bunların arxasında Rusiyanın olduğunu düşünür. Milyarder ona qarşı hücumların ən çox şəxsi nifrət zəminində baş verdiyini bildirir:

“Putin mənə nifrət edir. Rusiya prezidenti ona qarşı açıq tənqidlər ünvanladığımı, habelə 2003-cü ildə Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlməsini dəstəklədiyimi bağışlamır”.

Bununla bərabər Corc Soros səhvlər etdiyini də boynuna alıb. “Milyaderin öz sözlərinə görə, Saakaşvili ilə münasibət ona əməlli-başlı dərs olub. “Mənim fondlarım olduqları ölkələrin xarici siyasətləri ilə böyük məsafə saxlamalı idi. Lakin bunu nəzəriyyədə söyləmək asan, praktikada həyata keçirmək isə çətindir”, - Soros deyib.

Corc Soros Ukraynadakı “Maydan” inqilablarında “Açıq cəmiyyət” fondunun iştirakını inkar etməyib:

“Biz faktiki olaraq döyüşlərə qarışmadıq. Bu bizim direktiv və prinsiplərimizə ziddir. Lakin biz Maydanda döyüşənləri dəstəklədik”.

Hazırda bir çox ittihamlar qarşısında müdafiə vəziyyətinə keçmək əvəznə Soros “Açıq cəmiyyət” fondunun idarəçilyində ömrü yetənə qədər qalacağını söyləyir.

Fondun yeni prezidneti, Barak Obama administrasiyasının keçmiş siyasi direktoru Patrik Qaspar təşkilatın prioritetlərinin siyahısını açıqlayaraq bunların içində korrupsiyaya qaşrı mübarizə, kütləvi miqrasiyanın doğurduğu təhlükələr, avtorkratlar tərəfindən texnologiyalardan bədnam məqsədlərlə sui-istifadə olunması və Klivlenddən (ABŞ) Kinşasaya (Konqo Demokratik Respublikasının paytaxtı-red.) qədər səsvermə hüquqlarının qorunması kim məsələlərin olacağını təkrarlayıb.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?