Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AVRO-2024:Türkiyə loqo və şüarı açıqladı

 

euro20024-1Futbol üzrə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyinə namizədliyini verən Türkiyə loqo və şüarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, tədbir Türkiyə Futbol Federasiyasının (TFF) milli komandaların təlim-məşq bazasında baş tutub.

Yenixeber.org: Tədbirdə Türkiyənin gənclik və idman naziri Osman Aşkin Bak, TFF-in prezidenti Yıldırım Dəmirörən, milli komandanın baş məşqçisi Mirça Luçesku, həmçinin federasiya rəsmiləri və qonaqlar iştirak ediblər.

Final mərhələsinə namizədliyin təcəssüm olunduğu loqoda top, həmçinin 2024 və Türkiyə sözləri əksini tapıb. Namizədlik şüarı isə “Birlikdə paylaşaq” kimi tərcümə olunur.

Türkiyə AVRO-2024-ə ev sahibliyi hüququna yiyələnsə, çempionatın qarşılaşmaları 9 şəhərin 10 stadionunda keçiriləcək. Bunlar İstanbulun 2 arenası, eləcə də, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Konya, Trabzon, Kocaeli və Ankaradakı stadionlardı.

Qeyd edək ki, AVRO-2024-ü qəbul etməyə Türkiyə və Almaniya namizəddi. Final mərhələsinin keçiriləcəyi yer bu ilin sentyabrın 24-də müəyyənləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam