Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda məşhur banka hücum edən şəxs tutuldu– Rəsmi

Bakıda məşhur banka hücum edən şəxs tutuldu

 

 

 

Ölkədə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur

 

Yenixeber.org: DİN-dən verilən məlumata görə, ötən gün paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxsin də cinayət başında yaxalanması bu deyilənlərin əyani təsdiqidir.

Belə ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.

"Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib. Qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100 faiz təmin olunub. Odur ki, vətəndaşlar, sahibkarlar və ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri bilməlidirlər ki, mühafizə polisinin xidmətlərindən istifadə edən zaman, qurumun tabeliyində olan geniş maddi-texniki imkanların köməkliyi və şəxsi heyətin sıralarında olan yüksək nizam-intizamın nəticəsində, onların əmlakları cinayətkar qəsdlərdən etibarlı mühafizə edilir", - DİN-dən bildirilib.

Qeyd edək ki, Report hadisənin “Turanbank”ın Bakıdakı filiallarından birində qeydə alındığını bildirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam