Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Vurulan təyyarə Tehranla Bakı arasında qalmaqal yaratdı

 

    İranın Azərbaycandakı səfiri İsraili ittiham edir

«Bu xəbərlər İranın Azərbaycanla münasibətlərinə xələl gətirmək niyyəti ilə dərc olunur»

     "Xeberinfo.com": İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Iranda vurulmuş Israil istehsalı olan kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edib. M.Pakayin “Trend”ə bildirib ki, bu barədə dəqiq fikir söyləmək üçün aparılan tədqiqatların nəticəsini gözləmək lazımdır.
   Səfir həmçinin bu xəbərlərin Israil mediasında yayıldığını vurğulayıb: “Bu xəbərlər məqsədli şəkildə yayımlanır və Iranın öz qonşuları ilə, o cümlədən Azərbaycanla münasibətlərinə xələl gətirmək niyyəti ilə dərc olunur”.
    M.Pakayin bildirib ki, Azərbaycan rəsmiləri də bu xəbərin doğru olmadığını, onun iki ölkə arasındakı münasibətləri pozmaq üçün yayımlandığını qeyd edib.
Səfir deyib ki, Azərbaycan Konstitusiyası hər hansı xarici ölkənin Azərbaycanda hərbi baza yaratmasına icazə vermir. Həmçinin qeyd edib ki, heç bir Iran rəsmisi bu təyyarənin Azərbaycan ərazisindən buraxıldığını iddia etməyib.
     Xatırladaq ki, avqustun 24-də Iran hərbçiləri ölkənin hava məkanında Israil istehsalı olan “Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu açıqlamışdı. Onların sözlərinə görə, pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.
    İsrail tərəfi bildirib ki, təyyarə bu ölkənin istehsalı olsa da, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin silahlanmasındadır. Bir sıra xarici KIV-lər isə kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə məlumat yayıb.
   İran səfirinin dediklərini şərh edən politoloq Vəfa Quluzadənin fikrincə, burada məqsəd həqiqətən Azərbaycan-Iran əlaqələrinə zərbə vurmaq, eyni zamanda, Azərbaycanın Israillə də münasibətlərini korlamaqdır. Politoloq hesab edir ki, baş verənlərin Israilin rəsmi dairələrinə aidiyyəti yoxdur. Vəfa Quluzadə indiki texnoloji imkanları nəzərə alaraq, istənilən dövlətin istənilən ölkəyə təxribat xarakterli material verməsini mümkün sayır: “Türkiyə, Israil və digər dövlətin mətbuatına bu kimi məlumatların verilməsi mümkündür. Azərbaycanla Iranın arasını Ermənistan vura bilər ki, ölkəmiz regionda təklənsin.      Ermənistan Irana olduqca qısqanc yanaşır. Çünki Iranla onun yaxşı iqtisadi əlaqələri var. Ona görə də bu məsələdə təxəyyüllər mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam