Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ordumuzun atəşi nəticəsində erməni əsgər…- MN

Ordumuzun atəşi nəticəsində erməni əsgər…

 

 

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar yalandır

 

Yenixeber.org: Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir: “Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”.

Qeyd edək ki, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu 1987-ci il təvəllüdlü Adibek Mikoyan güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan A. Mikoyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam