Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanın axtarışa verdiyi iş adamı azadlığa buraxıldı

Azərbaycanın axtarışa verdiyi iş adamı azadlığa buraxıldı

 

 

 

Qazaxıstan məhkəməsi külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşovun azadlığa buraxılması ilə bağlı Qazaxıstan Baş Prokurorluğu tərəfindən verilən vəsatətə baxıb

 

Yenixeber.org: Bu barədə A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib. O, bildirib ki, məhkəmənin qərarı ilə A. Dadaşov barəsində həbs qərarı ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb: "Xətai məhkəməsi Araz Dadaşov haqqında qiyabi həbs qərarı çıxarmışdı və o, axtarışa verilmişdi. Lakin sonradan qərardan apellyasiya şikayəti verildi və məhkəmə həbs-qətimkan haqqında qərarı ləğv etdi. Bununla bağlı tərəfimdən Azərbaycanın Baş Prokurorluğuna məlumat verildi və prokurorluq da qərarın icrası üçün Qazaxıstanın Baş Prokurorluğuna göndərdi. Qazaxıstan Baş Prokurorluğu isə Azərbaycan məhkəməsinin qərarının icrası üçün Qazaxıstan məhkəməsinə müraciət edib".

Vəkil qeyd edib ki, artıq A. Dadaşovun ekstradisiya prosesi dayandırılıb və hazırda cinayət işinə xitam verilməsi üçün iş aparılır.

Qeyd edək ki, A. Dadaşov iş adamıdır. Ona qarşı keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Şikayət mülki xarakterlidir.

A. Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam