Azərbaycanda saxlanılan rus alimlə bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov artıq Rusiyadadır
Yenixeber.org: Bu barədə Rusiyanın Bakıdakı səfirliyinin mətbuat katibi Denis Apaşkin danışıb.
“Səfirlikdə olan məlumata görə, Rusiya vətəndaşı Dmitri Çulkov artıq Rusiya Federasiyasındadır”, - Apaşkin bildirib.
Qeyd edək ki, Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də itkin düşməsi barədə məlumat yayıb. Cəbhə bölgəsində yerləşən Göygöl rayonundakı qadağan olunmuş əraziyə girən Dmitri Çulkov hərbi hissənin fotolarını çəkib. O, hərbçilərin tələbinə məhəl qoymayaraq, çəkilişi davam etdirib. Belə olan halda əraziyə polis çağırılıb. Lakin D. Çulkov polisin də qanuni tələbinə məhəl qoymayıb.
Yanvarın 5-də məhkəmə Dmitri Çulkov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, 10 sutka inzibati həbs qərarı çıxarıb.