Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Benzinin qiyməti 1 manat 62 qəpik oldu- FOTO

 

Benzinin qiyməti 1 manat 62 qəpik oldu Kaş Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və s. özümüz yaşayaydıq, benzin lap 2 manat olaydı...


Yenixeber.org: Ermənistanda vüsət alan bahalaşma və inflyasiya işğal altındakı Azərbaycan torpaqlarındakı ermənilərin də iqtisadi həyatına təsir göstərib. 

“KarabakhTV” xəbər verir ki, bir neçə gündür, Xankəndi və Şuşanın yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiyməti qalxıb. 

Özünü qondarma separatçı rejimin “iqtisadi rəqabət üzrə dövlət komissiyasının şöbə rəisi” kimi təqdim edən Sergey Qriqoryanın sözlərinə görə, “Premium” markalı benzinin qiyməti 450 dramdan (təxm. 92 sent) 470 drama(təxm. 96 sent, yaxud 1,62 AZN) qalxıb. “Requlyar” markalı benzinin qiyməti isə 430 dramdan(təxm. 87 sent) 450 dramadək(təxm.92 sent) yüksəlib. Dizel yanacağı daha kəskin qalxıb: 400 (təxm.82 sent) dramdan 460 drama((təxm. 94 sent, yaxud 1, 59 AZN). Araşdırmalara görə, bu qiymətlər İrəvandakından da bahadır.

Xəbərdə ərzaq və digər məhsulların da qiymətlərinin artdığı bildirilir.

P.S. Kaş Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə, Ağdamda, Qubadlıda və s. özümüz yaşayaydıq, benzin lap 2 manat olaydı...(palitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam