Türkiyədə təhsil alan azərbaycanlı tələbə Ərdoğana Quran kitabı hədiyyə edib.

Yenixeber.org: Marmara Universitetində keçirilən tədbirə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana azərbaycanlı tələbə Tünzalə Məmmədzadə tərəfindən şəffaf ipək üzərinə qızıl və gümüş rəngli boyalar istifadə edilərək 3 ildə yazılan Qurani Kərim hədiyyə edilib.

Ərdoğan ona hədiyyə edilən Quran kitabını öpüb və alnına qoyub.(minval)