Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanla sərhəddə erməni podpolkovnikin ayağı qopdu

 

    Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəd Berd rayonu ərazisində avqustun 28-də baş vermiş mina partlayışı nəticəsində yaralanan hərbçilərdən biri podpolkovnikdir.
   "Xeberinfo.com": Məlumata görə, Berd meriyasının rəsmisi Asmik Melikyan bu barədə tert.am saytına bildirib.
Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Berd rayonunda 4 hərbçinin minaya düşdüyünü, onlardan birinin zabit, digər üçünün müqavilə əsasında xidmət keçən hərbi qulluqçu olduğunu açıqlayıb. İnsidentin təfərrüatları haqda heç nə deyilmir.
A.Melikyan da deyib ki, onlarda partlayışın harada və hansı şəraitdə baş verdiyi haqda heç bir məlumat yoxdur.
“Məlum olan ancaq odur ki, yaralılardan biri podpolkovnikdir. O, ayağından yaralanıb və nəticədə ayağı amputasiya olunub. İki yaralının isə ümumiyyətlə kimliyini bilmirik, onlar hələ özlərinə gəlməyiblər və huşsuz vəziyyətdərirlər” - deyə o bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam