Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu idarəyə aparat rəhbəri təyin olundu

Bu idarəyə aparat rəhbəri təyin olundu

 

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə təyinat olub

 

Yenixeber.org: Qurumdan verilən məlumata görə, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə 2013-cü ildən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olan Read Azər oğlu Qasımov təyin edilib.

Qeyd edək ki R.Qasımov 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. Əmək faəliyyətini 1997-1999-cu illərdə beynəlxalq şirkətlərdə başlayıb, 1999-cu ilin sonunda dövlət qulluğuna qəbul edilərək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi, 2003-cü ildən etibarən isə Komitənin Hüquq departamentinin direktoru vəzifəsində davam etdirib. Daha sonra 2006-ci ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdiri, 2006-cı ilin oktyabr ayından isə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini təyin edilib. 2009-2010-cu illərdə “Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin” baş direktoru, 2010-2013-cü illərdə “Turkapital Holding” şirkətinin Azərbaycanda nümayəndəliyinin direktoru vəzifələrində çalışıb.

Dövlət qulluğunun müşaviri dərəcəsinə malikdir. Evlidir, iki övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam