Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məleykə Əsədova Ramiz Məlikdən əl çəkmir -Növbəti şikayət

 

Məleykə Əsədova Ramiz Məlikdən əl çəkmir - Növbəti şikayət

Xalq artisiti Məleykə Əsədova aktyor həmkarı Ramiz Məlikə qarşı qaldırdığı iddia üzrə Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qərardan apellyasiya şikayəti verəcək.

Yenixeber.org: Bu barədə M.Əsədovanın vəkili Tağı Hüseynov məlumat verib.

“Məleykə xanım hazırda ölkədə yoxdur. Buna görə məhkəmədən sonra mətbuata geniş açıqlama ilə çıxa bilmədim. Aktrisa vətənə geri qayıtdıqdan sonra apellyasiya şikayəti veriləcək” – vəkil deyib.

Qeyd edək ki, ötən gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki iddia təmin edilməyib.

Xatırladaq ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib. R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. (azvision)

Şahanə Rəhimli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam