Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sərkisyan yoxa çıxdı:nə baş verir?

Sərkisyan yoxa çıxdı:

 

 

Ermənistan Prezidenti Serj Sərkisyan yanvarın 5-6-sı Milad bayramı ilə bağlı keçirilən tədbirlərdə gözə dəyməyib

 

Yenixeber.org: Yeni ildən etibarən Sərkisyanın səhhətinin pisləşdiyi, xəstəxanaya aparıldığı barədə erməni mətbuatında məlumatlar yayılıb.

“Jamanak”a görə, Sərkisyan səhhətində yaranan problemlər səbəbindən bayram tədbirlərində iştirak etməyib və prezident həmin vaxt “Nairi” tibb məntəqəsinə aparılıb.

Bir digər iddiaya əsasən isə Sərkisyan onsuz da tərk edəcəyi iqtidarını indidən yoxluğuna öyrətməyə çalışır. Bəzi mənbələr erməni liderin hansısa gizli və mətbuata açıqlanmayan görüş üçün ölkə xaricinə belə getdiyini yazır. Misal kimi də İranda ilin əvvəlində yaşanan gərginlik nəticəsində Sərkisyanın hər hansı bir müzakirəyə qatılması ehtimalı göstərilib.

Sərkisyanın mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan prezidentin yüngül soyuqdəyməsi olduğunu və bu müddət ərzində evində istirahət etdiyini desə də, görünür, erməni liderin bir anda yoxa çıxmasının ardında erməni mətbuatı hələ çox mətləblər tapacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam