Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qərargah rəhbəri:Göz gözü görmür, helikopter də havaya qalxa bilmədi

Qərargah rəhbəri:

 

 

“Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir. Lakin bu gün əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq dayandırılıb. Çünki ərazidə çovğundur, qarın qalınlığı 30 – 40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək”

 

Yenixeber.org: Bunu axtarış-xilasetmə əməliyyatı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev deyib.

“2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, - deyə qərargah rəisi vurğulayıb.

O bildirib ki, axtarış işlərində FHN əməkdaşları ilə birgə ANAMA, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və könüllülər iştirak edir: 

“Axtarış işlərində Dövlət Sərhəd Xidmətinin pilotsuz uçuş aparatları və ANAMA-nın minaaxtaran avadanlıqlarından belə istifadə edilib. Lakin bir nəticə əldə edilməyib. Biz qar uçqunu olan sahələri 15 – 20 metr dərinliyində qazırıq. Təsəvvür edin o qədər güclü çovğun olur ki, külək qazılan əraziləri doldurur. İtkin düşmüş 3 nəfər üzvü olduqları kluba plan və koordinatlarını verməli idilər. Nə klub, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların planları barədə məlumatlıdır. Biz dəqiq məlumata sahib deyilik, ancaq öz ehtimallarımıza əsasən hərəkət edirik. Güman edilən yerləri axtarırıq. Hər yarım saatdan bir rəhbərliklə əlaqə saxlanılaraq axtarış – xilasetmə işləri ilə bağlı son durum məruzə olunur”.

Ş. Mirzəyev bəzi könüllülərin axtarış – xilasetmə işləri ilə bağlı iradlarına da münasibət bildirib: 

“Bəzi könüllülər alpinist adı ilə gəlirlər. Üzərlərində heç bir avadanlıq yoxdur, amma axtarış – xilasetmə işlərində iştirak etmək istəyirlər. Biz itkin düşən insanları axtarırıq. Təcrübəsi, bacarığı olmayan könüllülər hər hansı bədbəxt hadisə ilə üzləşsə, bəs onun məsuliyyətini kim daşıyacaq?! Könüllülər də bizim təlimatımız əsasında hərəkət etməlidir. Bəziləri bildirir ki, guya biz onların axtarış prosesinə qoşulmasına icazə vermirik. Bizə təcrübəli, bacarıqlı könüllülər lazımdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam