Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

FHN-dən alpinistlərin axtarışı ilə bağlı– AÇIQLAMA

FHN-dən alpinistlərin axtarışı ilə bağlı

 

 

Fövqəladə Hallar Nazirliyi “Gilavar” - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları ilə bağlı növbəti məlumatı yayıb

 

Yenixeber.org: Axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. 

Bugündən hava şəraiti daha da pisləşib. Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən məlumatlar yayır. 

Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. Növbəti gün, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin mürəkkəb şəraitlərdə xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam