Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu, Bakının prioritetlərindən biridir -İtaliya mediası

 

Bu, Bakının prioritetlərindən biridir -

 

 

Dekabrın 30-da İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Azərbaycan diasporunun fəaliyyət strategiyası” sərlövhəli analitik məqalə dərc edilib

Yenixeber.org:  Məqalədə Azərbaycan diasporunun təşəkkülü, inkişaf mərhələləri və fəaliyyət strategiyasından bəhs edilir. 1991-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyev tərəfindən elan edilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi təhlil olunur. Dünya azərbaycanlılarının birliyi milli mənafelər və dövlət maraqları kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirilir.

Qeyd olunur ki, diaspor mövzusu Azərbaycan siyasətinin prioritetlərindən biridir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi, onların öz milli şəxsiyyətlərini qorumaq, inkişaf etdirmək məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan diasporunun təşəkkülünə və inkişaf mərhələlərinə toxunulan yazıda göstərilir ki, Çar Rusiyasının Qafqazda antimüsəlman və antitürk siyasəti bölgədəki Azərbaycan əhalisinin dominant mövqeyinin qəsdən zəiflədilməsinə yönəlib. 1905-1906-cı, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırımı, etnik təmizləmə siyasəti belə məkrli strateji niyyətlərin nəticəsidir.

Demokratik respublikanın qurucularının və tərəfdarlarının bolşeviklər tərəfindən təzyiq və təqiblərə məruz qalaraq ölkəni tərk etməyə məcbur olduqları dövr xaricdəki azərbaycanlıların ən kütləvi axınının mərhələlərindən biri kimi xarakterizə edilir.

Analitik araşdırmada Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən dünyada azərbaycanlıların 50 milyondan çox olduğu, Amerika, Avropa, Asiya və Afrika qitələrində yaşayan azərbaycanlıların dövlətlər üzrə statistikası verilir. Müəlliflər Cənubi Azərbaycanda (İran İslam Respublikası) 30 milyondan çox azərbaycanlının İran əhalisinin 42 faizini təşkil etdiyini xüsusi vurğulayıblar.

Məqalədə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əsas məqsədləri, fəaliyyət mexanizmi və strategiyası öz əksini tapır. Milli düşüncənin, mədəni dəyərlərin qorunması, Azərbaycanın təbliği və dünya ictimaiyyətinin Azərbaycanla bağlı obyektiv məlumatlandırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən, beynəlxalq forumlardan bəhs edilir. Eyni zamanda, Azərbaycan diasporunun son illərdəki inkişafı, diaspor təşkilatları ilə işin yeni aspektlərindən söhbət açılır. Bildirilib ki, bu gün Azərbaycan diasporu yalnız xaricdəki soydaşlar deyil, yaşadıqları ölkələrdə güclü sosial və siyasi qüvvədir, milli maraqların müdafiə olunmasında bir mövqedir.

Analitik yazıda göstərilir ki, inkişaf potensialı və gücü Azərbaycan diasporunun da inkişafı ən parlaq perspektivlərə malikdir. Bu perspektiv Azərbaycan dövlətinin, diaspor rəhbərliyinin ölkədə və xaricdə yaşayan azərbaycanlıların vətənpərvər imkanlarını və bacarıqlarını maksimum dərəcədə genişləndirmək məqsədi daşıyan, uzaqgörən və məqsədyönlü bir strategiyadır.

 

Məqalənin müəllifləri İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvləri - Azərbaycanın İtaliyadakı (Siciliya regionu) konsulu Domeniko Koko, siyasi analitik Domeniko Letizia, BDU-nun tədqiqatçısı Leyla Rəşiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam