Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Evlənmək istəyən 103 nəfərdə QİÇS aşkarlanıb

Evlənmək istəyən 103 nəfərdə QİÇS aşkarlanıb

“Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 3100 xəstə bu mərkəzdə daimi müalicə alır, onlardan 2977 nəfər talassemiya xəstəsidir”

Yenixeber.org: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Nazirliyin geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Onun sözlərinə görə, cari ildə 12 sümük iliyi transplantasiyası aparılıb, onlardan 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub: “İl ərzində nikaha daxil olmaq istəyən 130 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immun çatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkar edilib. 

Müayinə olunanların arasında talassemiyalı 38 cütlük aşkar olunub. Bu cütlüklərdən hamilə qalmış 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 10 halda qadınlara hamiləliyin pozulması məsləhət görülüb və həyata keçirilib. Bu da o deməkdir ki, artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır”.

G. Poladov qeyd edib ki, hazırda respublikada 1583 hemofiliyalı xəstə qeydiyyatdadır: “Bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub. Habelə son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2017-cı ildə bu rəqəm 37 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir”.(azvision)

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam