Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Samovar oğuruları tutuldu-QUSARDA

 

Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində törədilmiş oğurluq faktının üstün açıblar

 

 

 

      Yenixeber.org:  DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon sakini Samir Sultanov cari ilin dekabr ayının 7-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ona məxsus samovarının oğurlandığı bildirmişdir. S.Sultanov rayon ərazisində yerləşən N.Nərimanov adına parkda çayçılıq fəaliyyəti ilə məşğul olurmuş. Oranı bağlı saxlamağından istifadə edən oğrular pəncərəni sındırma yolu ilə içəri daxil olaraq oradan ona məxsuz 1 ədəd 40 litrlik təxminən 200-300 manat civarında dəyərləndirilən samovarı oğurlayıblar.

Qusar RPŞ-də yaradılan əməlliyat qrupu tərəfindən aparılan operativ xidmət nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanılmışdır.

Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf etmiş, oğurladıqları samovarı rayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbul məntəqəsinə satdıqları bildirmişlər. Həmin samovar qəbul məntəqəsindən maddi sübüt kimi götürülmüşdür.

Faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırmalar aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam