Redaktor seçimi
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Günün xəbəri

Şahmat Festivalı keçirilib...Nərimanov rayonunda

Şahmat Festivalı keçirilib...

 

 

Nərimanov rayonunda Şahmat Festivalı keçirilib

 

 

Yenixeber.org: 25 dekabr 2017-ci il tarixdə Nərimanov Beynəlxalq İstək Liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Şahmat Festivalının mükafatlandırma mərasimi keçirilib. Festivalın bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov, İstək Beynəlxalq Məktəbinin rəhbəri Samir Həsənov və digər natiqlər iştirakçıları salamlamış, onları qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təbrik etmiş və ölkədə həyata keçirilən gənclər və idman siyasətindən, bunun nəticəsi olaraq gənclərimizin ölkə daxili, o cümlədən, xarici layihələrdə daha aktiv iştirakından danışmışlar.

Qeyd edək ki, festival 20-25 dekabr 2017-ci il tarixlərində keçirilib və festivalda 50 nəfər uşaq və yeniyetmə iştirak edərək IV, III və II dərəcə uğrunda öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda qalib gəlmiş uşaq və yeniyetmələr təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklarla, eyni zamanda festivalın bütün iştirakçıları sertifikatlarla təltif edilmişlər.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     

Ən çox oxunanlar