Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda yükdaşımaların həcmi artıb

 

Yenixeber.org: 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda 206,2 milyon ton yük daşınıb ki, bu 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.

Məlumata görə, il ərzində qeyri-neft yüklərinin daşınması 3,5 faiz artıb və 156,6 milyon ton təşkil edib.

Yanvar-noyabr aylarında yük daşımaların 81,6 faizi özəl sektorun payına düşüb. Yüklərin 64,1 faizi avtomobil, 25,9 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişin nəqliyyatı vasitəsilə 11 ay ərzində 1,79 milyard nəfər daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Hesabat dövründə dəniz nəqiyyatı ilə 7,47 milyon ton yük daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz çoxdur. Daşınan yüklərin 48,6 faizi neft yüklərinin payına düşüb.

Hesabat dövründə avtomobil nəqiyyatı ilə 132,1 milyon ton yük daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaların həcmi qeyd edilən dövrdə 1,57 milyard təşkil edib (2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım). Sərnişinlərin 96 faizi avtobusla, 4 faizi minik avtomobili ilə daşınıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,3 faiz artaraq 207,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2,18 milyon və ya 18,9 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam