Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hesablama Palatasının üzvlərinə QADAĞA –Hədiyyə almaq, partiya üzvlüyü olmaz

hesablama_palatasi_51513777226Hesablama Palatası üzvlərinin vəzifə səlahiyyətlərinin icrası ilə bağlı hədiyyə qəbul etməsi qadağan edilir.
Yenixeber.org: Məlumata görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi qadağandır.

Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil verməlidir.(modern)

Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü də ola bilməzlər.

Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Hesablama Palatasının üzvləri vəzifəyə təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.

Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunda belə bir müddəalar yer almayıb.

Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi göslənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam