Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Fədayə Laçının apellyasiya şikayətinə baxılacaq

Fədayə Laçının apellyasiya şikayətinə baxılacaq

 

 

Bakıda məhbusların həbsdən qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılacaq vaxt məlum olub

 

Yenixeber.org: Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

Vəkil bildirib ki, apellyasiya şikayətinə dekabrın 21-də baxılacaq. Məhkəmə prosesinə hakim Rizvan Səfərov sədrlik edəcək.

F.Laçının özünün də prosesdə iştirakı gözlənilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apellyasiya şikayəti verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam